• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

Səhər yeməyindən imtina etməyin zərərləri

CƏMİYYƏT

05 Yanvar 2025 | 16:08

Səhər yeməyindən imtina etməyin zərərləri

Rusiyalı həkim, endokrinoloq Mariya Kaloşina səhər yeməyindən imtinanın təhlükələri barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "RİA Novosti"yə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, hətta aktiv arıqlama dövründə belə səhər yeməyini gözardı etmək olmaz, çünki bu, nahar zamanı normadan artıq yemək riskini yaradır.

"Səhər yeməyinin kalori miqdarı ümumi rasionun təxminən 35 faizini təşkil etməlidir", - deyə mütəxəssis qeyd edib.

Bundan əlavə, Mariya Kaloşina qeyd edib ki, arıqlama zamanı aclıq və susuzluq arasındakı fərqi hiss etməyi öyrənmək vacibdir.

"Statistikaya görə, yemək istəyənlərin 80 faizi əslində susuzluq hiss edir" , - deyə həkim vurğulayıb.

Öz hisslərinizi yoxlamaq üçün 200 millilitr su içmək və bir müddət sonra vəziyyətinizi təhlil etmək tövsiyə olunur.


SON XƏBƏRLƏR

06 Yanvar 2025