• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Mobil rabitə operatorların gəlirləri açıqlanıb

İQTİSADİYYAT

19 May 2023 | 20:55 | Müəllif: Subhan Mahmudov

Mobil rabitə operatorların gəlirləri açıqlanıb

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2023- cü ilin yanvar-aprel aylarında İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 920,8 milyon manat təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyərində real ifadədə 12,1 faiz artım qeydə alınıb.

Göstərilmiş xidmətlərin 77,0 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 38,5 faizi və ya 354,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026