• Bakı 23° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Monitorinq: 7 qəzetdə 2500 səhv tapıldı

CƏMİYYƏT

25 Noyabr 2022 | 11:12

Monitorinq: 7 qəzetdə 2500 səhv tapıldı

Ölkə ərazisində nəşr olunan 7 qəzetdə aparılmış dil monitorinqinin nəticələri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi Mətanət Xudiyeva məlumat verib.

O bildirib ki, monitorinq zamanı aşkarlanan 2500 dil faktından 1769-u hesabata daxil edilib. 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib.

"Monitorinq 1 aylıq dövrü əhatə edib. Aşkar edilmiş nöqsanlar daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunub" - deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026