• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Motosiklet axundu vurub

HADİSƏ

18 Noyabr 2022 | 21:38 | Müəllif: Subhan Mahmudov

Motosiklet axundu vurub

Lənkəranda yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Mamusta kəndi ərazisində baş verib.

Üç təkərli "Murovey" motosikleti kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.

Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb.

Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR