• Bakı 19° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Mövqelərimiz yenə atəşə tutuldu - YENİLƏNİB

CƏMİYYƏT

18 Mart 2025 | 11:23

Mövqelərimiz yenə atəşə tutuldu - YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-i saat 08:55 radələrində Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan MÜdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bundan öncə, martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutmuşdu.

***

09:14

Martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.


SON XƏBƏRLƏR

17 Mart 2025