ABŞ-nin Alabama ştatında Kennet Yucin Smitin azot vasitəsilə edam edilməsi qəddar cəzadır və Avropa İttifaqı (Aİ) ölüm cəzasına qarşı çıxır, çünki bu, insanın yaşamaq hüququnu pozur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin bəyanatında deyilir.
“Edam məhbusu azotla nəfəs almağa məcbur etməklə, onu bədən funksiyalarını dayandırmaq üçün lazım olan oksigendən məhrum etməklə həyata keçirilib, bu da hipoksiyaya və nəticədə ölümə səbəb olur. İlk dəfə bu edam üsulu ABŞ-də tətbiq edilib. Bu üsul, aparıcı ekspertlərin fikrincə, məhbusun 2022-ci ilin noyabrında artıq uğursuz edam cəhdinə məruz qalması ilə yanaşı, xüsusilə qəddar və qeyri-adi cəzadır”, - bəyanatda qeyd edilib.
Sənəddə bildirilib ki, Aİ Alabama ştatı rəhbərliyinin bu cəza üsulundan istifadə etmək qərarına görə dərin təəssüf hissi keçirir: “Aİ ötən il ABŞ-də edamların sayının artmasından, 5 ştatda 24 nəfərin edam edilməsindən narahatdır”.
***
09:40
ABŞ-ın Alabama ştatında qətlə görə edam cəzasına məhkum edilən Eugene Smith adlı məhbus azot qazı ilə zəhərləndirilərək edam edilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Smitə verilən hökm bir ilk olsa da, təcrübə insan hüquqları ilə bağlı müzakirələrə səbəb olub.
Alabama həbsxanasının sözçüsü Kelly Betts xüsusi maska taxaraq azot qazı ilə nəfəs almağa məcbur edilən Smitin yerli vaxtla saat 20.25-də öldüyünü açıqlayıb.
“Azot hipoksiyası” kimi tanınan yeni edam təcrübəsi ABŞ-da olduğu kimi dünyada da bir ilk olaraq qeydə alınıb.
1989-cu ildə bir din xadiminin həyat yoldaşı Elizabet Senneti qətlə yetirməkdə təqsirli bilinən 58 yaşlı Smitə verilən ölüm cəzası 2022-ci ildə ölümcül iynə vurularaq icra olunmağa çalışılıb. Smitin venadaxili xəttini tapmaq mümkün olmadığı üçün edam təxirə salınmışdı.
Azot qazından ölüm hökmünün icrasında istifadə olunması ictimaiyyətin müxtəlif təbəqələrinin reaksiyasına səbəb olub. Hüquq müdafiəçiləri əvvəllər sınaqdan keçirilməyən bu üsula qarşı çıxıblar. Smitin vəkilinin edamın dayandırılması tələbi də Federal Məhkəmə tərəfindən rədd edilib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Ali Komissarlığı isə daha əvvəl istifadə edilməmiş bir edam üsulunun işgəncə və ya qeyri-insani təcrübə ola biləcəyini ifadə edərək, azot qazı ilə edamların dayandırılmasını istəyib.
Ay Tac
















