• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə-İran sərhədində 15 kilometrlik növbə yarandı

DÜNYA

25 Fevral 2024 | 17:21 | Müəllif: Subhan Mahmudov

Türkiyə-İran sərhədində 15 kilometrlik növbə yarandı

Türkiyənin İrana giriş qapısı olan Hakkarinin Yüksekova rayonundakı Esendere Gömrük Qapısında yük maşınlarının növbəsi 15 kilometrə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, İran gömrüyündə yaşanan sistemli problem səbəbindən Yüksekova rayonunun Esendere qəsəbəsində İrana açılan gömrük qapısında yük maşını növbəsi təxminən 15 kilometrə çatıb. Bələdiyyə sədri Dırbaz Büyüksu növbədə gözləyən sürücülərlə bir araya gələrək şorba ikram edib.

Yük maşını sürücülərinin əziyyət çəkdiyini ifadə edən Büyüksu, “Təxminən bir aya yaxındır davam edən problem var. İranın törətdiyi sistematik səhv ucbatından burada yük maşınlarının növbəsi yaranıb. Hazırda 5 minə yaxın yük maşını İrana keçmək üçün növbə gözləyir. Bələdiyyə olaraq sürücülərə şorba verdik. "Sürücülərin ehtiyaclarını ödəmək üçün hər gün pulsuz servis xidməti göstərəcəyik" dedə o, bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026