Bir neçə gündür Türkiyə mətbuatında “Qalatasaray” klubunun təcrübəli qolkiperi Fernando Musleranın transfer olunacağı ilə bağlı xəbərlər tirajlanır.
Bakıvaxtı.az xəbər verir ki, 12 ildir “Qalatasaray”ın qapısını qoruyan Muslera transfer oluna bilər.
37 yaşlı qapıçı “Alanyaspor” matçında 479-cu dəfə sarı-qırmızılı komandanın formasını geyinəcək. Təcrübəli qolkiper formasını qorusa, fasilədə 1+1 illik müqavilə imzalanacaq.
Ziyafət Əlisoy
















