• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Muxtar Babayev COP29-un prezidenti təyin edildi

CƏMİYYƏT

04 Yanvar 2024 | 18:36

Muxtar Babayev COP29-un prezidenti təyin edildi

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə COP28-in sosial şəbəkədəki hesabında bildirilib.

Bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edir. COP29-un prezidenti Muxtar Babayevə və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə fəaliyyətlərində uğurlar arzulayırıq. Biz COP28-in tarixi uğuruna əsaslanmaq və 1,5°C-nin əlçatan olması üçün COP29 və COP30, eləcə də, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının prezidentləri ilə işləməyi səbirsizliklə gözləyirik”, - məlumatda deyilir.

Qeyd edək ki, Şərqi Avropa Regional Qrupu dekabrın 11-də Dubayda keçirilən COP28 konfransında rəsmən elan edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycanı seçib. Azərbaycanda COP29 2024-cü ilin noyabrına planlaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026