• Bakı 23° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

NATO-da terrorla mübarizədə xüsusi koordinator postu yaradılacaq

DÜNYA

11 Iyul 2023 | 00:15 | Müəllif: Subhan Mahmudov

NATO-da terrorla mübarizədə xüsusi koordinator postu yaradılacaq

NATO-da terrorla mübarizə üzrə xüsusi koordinator postu yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsveçin Baş naziri ilə üçtərəfli görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

İsveçin Türkiyə ilə terrorla mübarizə sahəsində əməkdaşlığı üzvlük prosesindən sonra da davam edəcək.

"Türkiyə və İsveç bu gün yeni ikitərəfli təhülkəsizlik müqaviləsi imzalamaq haqqında razılığa gəldilər. NATO da bu sahədə əhəmiyyətli addımlar atacaq. Bildirmək istəyirəm ki, ilk dəfə olaraq NATO-da terrorla mübarizə üzrə xüsusi kordinator postu yardılacaq. İsveçin üzvlüyü bu çətin zamanda bütün Alyansın təhülkəsizliyinə töhvə verəcək", - deyə Stoltenberq bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR