• Bakı 23° C

    6.99 m/s

Naxçıvanın bu rayonları LƏĞV EDİLƏ BİLƏR

SİYASƏT

16 Dekabr 2025 | 13:52 | Müəllif: Əli Hüseynov

Naxçıvanın bu rayonları LƏĞV EDİLƏ BİLƏR

Naxçıvan Muxtar Respublikasında inzibati-ərazi bölgüsünün optimallaşdırılması məqsədilə rayonların birləşdirilməsi məsələsinin gündəmə gələ bilər.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, ərazi və inzibati potensial baxımından Ordubad və Şərur rayonları saxlanıla, digər rayonlar isə bu inzibati vahidlərə birləşdirilə bilər.

Mənbənin verdiyi məlumata əsasən, Babək və Kəngərli, Sədərək rayonlarının Şərur rayonuna, Şahbuz və Culfa rayonlarının isə Ordubad rayonuna birləşdirilməsi ehtimal olunur. İddialarda coğrafi yaxınlıq, əhali sayı, nəqliyyat-logistika imkanları və idarəetmədə səmərəliliyin artırılması əsas arqumentlər kimi göstərilir.

Qeyd edilib ki, Naxçıvan şəhəri ayrıca inzibati vahid statusunu saxlayacaq.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026