• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

“Neftçi”nin Çempionlar Liqasında ilk sınağı

İDMAN

07 Iyul 2021 | 09:48

“Neftçi”nin Çempionlar Liqasında ilk sınağı

Bu gün Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının birinci təsnifat mərhələsində ilk oyununa çıxacaq. 

Bakıvaxtı.az xəbər verir ki, rəqib Gürcüstanın paytaxtı Tbilisini təmsil edən “Dinamo” klubudur. 

Bakı vaxtı ilə 20:00-da başlayacaq qarşılaşma “Boris Payçadze adına Dinamo Arena”da keçiriləcək. 

Tərəflər buna qədər heç bir rəsmi turnirdə üz-üzə gəlməyib. Yeddi illik fasilədən sonra Çempionlar Liqasına qayıdan “ağ-qaralar” bu oyunda qələbə qazansa, növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” kollektivi ilə qarşılaşacaq. 

Qarşılaşmada məğlub olacaq tərəf gücünü Konfrans Liqasında sınamalı olacaq. 

Oyunda baş hakim funksiyasını İsraildən olan David Fuksman yerinə yetirəcək. 

Bundan başqa, bu gün “Qarabağ” klubunun sabiq hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı da Çempionlar Liqasının birinci təsnifat mərhələsində ilk oyununa çıxacaq. Polşa təmsilçisi bu mərhələdə Norveçin “Budyo-Qlimt” ilə üz-üzə gələcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026