• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bakıda "PlayStation" yandı: Xəsarət alan var

HADİSƏ

22 Fevral 2024 | 09:16

Bakıda PlayStation yandı: Xəsarət alan var

Bakıda yanğın olub.

Bakıvaxtı.az bu barədə FHN-ə istinadla xəbər verir.

Məlumata görə, yanğın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan obyektin (oyun zalı kimi fəaliyyət göstərir) sahəsi 10 m² olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

    Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024