"Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan "TikTok" hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir".
Bakıvaxtı.az xəbər verir ki, tanınmış müğənni Nigar Camal bu sözləri "İnstagram" səhifəsində yazaraq bildirib.
"Daxili İşlər Nazirliyi başda olmaqla, məsələylə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə öz təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram”, - deyə o əlavə edib.
Ziyafət Əlisoy

















