• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ANAMA sədrindən Xankəndi ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

04 Aprel 2024 | 15:47 | Müəllif: Subhan Mahmudov

ANAMA sədrindən Xankəndi ilə bağlı AÇIQLAMA

Hazırda Xankəndi, Xocalı, Kərkicahan və Malıbəylidə minatəmizləmə işləri aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Minatamizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, antiterror əməliyyatlarından sonra suverenliyin bərpa olunduğu ərazilərdə minatəmizləmə əməliyyatı başladı:

"Biz orada yol kənarlarında, mülki bölgələrdə, binalarda, demək olar, bütün ərazilərdə çoxlu partlayıcı qurğular, silah-sursat ələ keçirmişik. Hazırda bir neçə yaşayış məntəqəsində təmizləmə işləri aparırıq. Xüsusilə Xocalı, Kərkicahan, Malıbəyli və Xankəndidə əhalinin köçürülməsi prosesi ilə bağlı fəaliyyət davam edir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026