• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Xınalıqda qar yağır - FAKTİKİ HAVA

CƏMİYYƏT

04 Aprel 2024 | 15:42 | Müəllif: Qalib İbrahimoğlu

Xınalıqda qar yağır - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin 4 aprel saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi tədricən zəifləyib.

Xidmətdən Bakıvaxtı.az-a bildirilib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçalada 23 m/s, Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ağdamda 16 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.

    Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Xaltan, Şabran, Altıağac, Xaçmaz, Qubada yağış, Qusar (Laza), Qrız, Xınalıqda qar yağır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR