• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Nigeriyada NBM-ə hücum nəticəsində 8 nəfər öldürülüb

DÜNYA

09 Mart 2024 | 20:06 | Müəllif: Subhan Mahmudov

Nigeriyada NBM-ə hücum nəticəsində 8 nəfər öldürülüb

Nigeriyanın cənub-şərqində yaraqlılar altısı polis olmaqla azı səkkiz nəfəri öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nigeriyanın “Channels” telekanalı məlumat yayıb.

Belə ki, silahlı qrup Ebonyi ştatında polis nəzarət-buraxılış məntəqəsinə hücum edib. Öz növbəsində, rəsmi orqanlar hökumət tərəfdən altı nəfərin öldüyünü açıqlayıb.

Hücumda “Biafranın yerli xalqları” separatçı qruplaşmasının yaraqlıları şübhəli bilinir. Son vaxtlar Nigeriyanın bu hissəsində dövlət qurumlarına, ordu düşərgələrinə və polis blokpostlarına hücumlar həyata keçirib. “Biafranın yerli xalqları” qrupu 2012-ci ildə yaradılıb, o, bir sıra cənub-şərq bölgələrinin Nigeriyadan ayrılmasına və müstəqil Biafra dövlətinin yaradılmasına çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR