Gürcüstanın paytaxtı Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanuna etirazlar başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb.
Onlarla tələbə və vətəndaş fəalı Gürcüstan parlamentinin qarşısındakı mitinqə topıaşıb.
Etirazçılar əllərində müvafiq yazılar olan plakatlar tutaraq şüarlar səsləndirirlər.
"Bu qanun Rusiyadır, amma biz Avropa Birliyinə qoşulmaq istəyirik!"
Etirazçıların sözlərinə görə, aksiya ötən il olduğu kimi genişlənəcək və bütün ölkəni əhatə edəcək.
Mina Mikayılova
















