İran XİN rəhbəri Dəməşqdə konsulluğun yeni binasının açılışını edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İSNA” məlumat yayıb.
Suriya mənbəsi bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Dəməşqə səfəri zamanı İranın yeni konsulluğunun açılışını edəcəyini açıqlayıb.
Qeyd edək ki, konsulluğun yeni binası 4 günlük fasilədən sonra əvvəlki konsulluq binasının yanında fəaliyyətə başlayacaq.
Mina Mikayılova
















