• Bakı 17° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Oğlu Baloğlan Əşrəfovun vəsiyyətini oxudu

MƏDƏNİYYƏT

13 Mart 2023 | 12:07

Oğlu Baloğlan Əşrəfovun vəsiyyətini oxudu

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Elşən Əşrəfov atasının vəsiyyətini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu haqda "Günün sədası" verilişində danışıb. O,atasının öldüyü gün ona mesajla yazdığı sözləri oxuyub:

"Son günündə bir-bir hamıya zəng vurub, halallaşırdı. Deyirdi, filankəsi çağır. Səhər övladlarını, gəlinləri çağırdı, danışdı, görüşdü. Həmin günün axşamı vəfat etdi. Atam vəsiyyətini ölümündən bir gün əvvəl mənə mesajla göndərib. Talış dilində yazıb: "Mənim balam, yaman qorxuram. Allah məni çox istəyir, istəyir aparsın yanına. Allah balalarını saxlasın. Evin böyüyü sənsən, hər şey qanunla belə olmalıdır. Narahat olma, ev sənin üstünədir". Hiss edirdi öləcəyini. Çox gözəl əhvalda idi. Bir saat sonra ölüm xəbəri gəldi".

Qeyd edək ki, koronavirusa yoluxan Baloğlan Əşrəfov 2021-ci ilin aprelində vəfat edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026