• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ombudsman hərbi hissəyə baş çəkdi - YENİLƏNİB

CƏMİYYƏT

07 Fevral 2023 | 15:43

Ombudsman hərbi hissəyə baş çəkdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2023-cü il üçün birgə tədbirlər planına əsasən, 6 fevral tarixində Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları Hadrud Qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından Bakıvaxtı.az-a verilən məlumata görə, başçəkmə zamanı Ombudsman ilk öncə hərbi hissənin ərazisində yerləşən “Dəmir Yumruq” büstünü və şəhidlərin xatirəsinə həsr olunmuş abidə kompleksini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, şəhidlərin əziz xatirəsini yad edib.

2-ci Ordu Korpusunun komandiri Mayis Bərxudarov qonaqlara hərbi hissəsinin yaranması və fəaliyyəti haqqında məlumat verib. Daha sonra Ombudsman “N” saylı hərbi hissənin “Şərəf kitabı”na öz ürək sözlərini yazıb.

Səbinə Əliyeva və Aparatın əməkdaşları hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, yataqxanaya, yeməkxanaya və hərbi sirr təşkil etməyən digər obyektlərə də baş çəkiblər. Müvəkkil həmin ərazidə yerləşən Hadrud Hərbi Hospitalında olub, orada müalicə alan hərbi qulluqçuların sağlamlıq vəziyyətləri ilə maraqlanıb, tibbi personalla görüşüb və onlara xidmətlərində uğurlar arzu edib.

Ombudsman hərbi hissənin yeməkxanasında hərbi qulluqçularımızla birlikdə nahar edib.

Səbinə Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib, hərbi hissənin şəxsi heyəti ilə xatirə şəkli çəkdirib.

Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

 

15:06

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında 2023-cü il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin əziz xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilərək önünə gül dəstələri düzülüb.

Qonaqlara hərbi hissənin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verilib.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə ilə çıxış edən S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib.

Daha sonra nümayəndə heyəti hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, yataqxana, əsgər yeməkxanası və digər obyektlərə baxış keçirib.

S.Əliyeva hərbi hissənin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Səfər çərçivəsində Ombudsman Aparatının nümayəndələri hərbi hospitalı ziyarət edərək burada yaradılan şəraitlə tanış olub, hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçuların qayğıları ilə maraqlanıblar.


Ombudsman hərbi hissəyə baş çəkdi - YENİLƏNİBOmbudsman hərbi hissəyə baş çəkdi - YENİLƏNİBOmbudsman hərbi hissəyə baş çəkdi - YENİLƏNİBOmbudsman hərbi hissəyə baş çəkdi - YENİLƏNİBOmbudsman hərbi hissəyə baş çəkdi - YENİLƏNİBOmbudsman hərbi hissəyə baş çəkdi - YENİLƏNİBOmbudsman hərbi hissəyə baş çəkdi - YENİLƏNİBOmbudsman hərbi hissəyə baş çəkdi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026