• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Omicron" ştammının ƏLAMƏTLƏRİ

CƏMİYYƏT

03 Dekabr 2021 | 09:07 | Müəllif: Qalib İbrahimoğlu

"Omicron" ştammının ƏLAMƏTLƏRİ

Lomonosov adına Moskva Dövlət Universitetinin endokrinoloqu Zuxra Pavlova Omicron ştammının əlamətləini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, həkim  “Sputnik” radiosuna açıqlamasında ağır yorğunluğun Omicron ştammının əsas əlamətlərindən biri olduğunu bildirib.

Onun sözlərinə görə, bununla belə bu simptom müxtəlif xəstəliklər üçün xarakterikdir. Endokrinoloq bildirib ki, tibbi təhsili olmayan insan üçün yorğunluğun həddindən artıq işləmə və ya xəstəliklə əlaqəli olduğunu anlamaq çətindir. Yalnız həkim müayinəsindən sonra bunun fiziki yorğunluq, yaxud hansısa bir xəstəliyin əlaməti olduğunu demək mümkündür.

O, koronavirus infeksiyasının orqanizmdə bir çox orqanların işində ciddi pozuntulara səbəb olduğunu deyib. Z.Pavlovanın dediyinə görə, yoluxmuş şəxslərdə yaranan yorğunluq hissi immun sistemində, beynin fəaliyyətində və ya sinir sisteminin toxumasında ciddi dəyişikliklərlə müşayiət olunur: “Qanın xassələri kəskin şəkildə dəyişir, bu da bir çox orqanlara qan tədarükünü pozur, ona görə də özümüzü fiziki cəhətdən zəif hiss edirik. Bütün bunlar birlikdə zəifləmiş əzələ tonunda, sıxılmış emosional fonda özünü göstərir”.

“Şiddətli yorğunluq hiss etdikdə mütləq COVID-19 testindən keçmək lazımdır”, - deyə endokrinoloq vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR