• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda ilin ilk körpələri küvezdə saxlanılır - YENİLƏNİB

CƏMİYYƏT

01 Yanvar 2022 | 15:17

Azərbaycanda ilin ilk körpələri küvezdə saxlanılır - YENİLƏNİB

"Azərbaycanda bu ilin ilk dünyaya gələn körpələri yarımçıq doğulduğu üçün küvezdə saxlanılır".

Bakıvaxtə.az xəbər verir ki, bunu APA-ya Gəncə şəhər Regional Perinatal Mərkəzinin həkimi Gülşən Qədimova deyib.

Həkim qeyd edib ki, bu ilin ilk dünyaya gələn əkiz körpələrini Bərdə rayon Qarağacı kənd sakini Kərimova Gültəkin Tofiq qızı dünyaya gətirib:

“33 həftəlik hamiləlik sonunda anaya təcili qeysərliyə əməliyyatı olunub. Hər iki uşağın cinsi oğlandır. Uşağın biri 1 kiloqram 900 qram, digəri 1 kiloqram 600 qram çəki ilə dünyaya gəlib. Uşaqlar yarımçıq doğulduğu üçün küvezdə saxlanılır. Oksigen dəstəyi alırlar, vəziyyətləri orta-ağır dəyərləndirilir. Uşaqlar saat 02:00-da dünyaya gəlib".

***

12:13

İlin ilk körpəsi oğlandır.

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, ilin ilk körpəsi oğlandır. Gəncə Perinatal Mərkəzində dünyaya gələn körpələr əkizdir (ana Bərdə rayon Qarağacı kəndi).

Körpələrin çəkisi 1 kq 900 qram və 1 kq 600 qramdır.


Azərbaycanda ilin ilk körpələri küvezdə saxlanılır - YENİLƏNİBAzərbaycanda ilin ilk körpələri küvezdə saxlanılır - YENİLƏNİBAzərbaycanda ilin ilk körpələri küvezdə saxlanılır - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026