• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Omikron”un ən çox qeydə alınan simptomları bunlardır

CƏMİYYƏT

31 Yanvar 2022 | 12:06 | Müəllif: Qalib İbrahimoğlu

“Omikron”un ən çox qeydə alınan simptomları bunlardır

"Koronavirusun “Omikron” ştamının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, yeni ştam əsasən yuxarı tənəffüs yollarına - burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştammlarına nisbətən ağciyərlərə daha az yayılır.

“Omikron”un ən çox qeydə alınan simptomları - baş ağrısı, burun axması və boğaz ağrısıdır.

"Həmçinin, yeni ştama yoluxmuş şəxslər yorğunluq, qızdırma, bədən ağrıları və gecə tərləmələrindən şikayətlənirlər", - deyə A.Əliyeva qeyd edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026