• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ofisdə işləyənlər hansı xəstəliklərlə üzləşir?- Barmaqlar sıradan çıxır

CƏMİYYƏT

02 Mart 2022 | 04:30 | Müəllif: Qalib İbrahimoğlu

Ofisdə işləyənlər hansı xəstəliklərlə üzləşir?- Barmaqlar sıradan çıxır

Rusiyalı məşhur həkim Yevdakimenko ofis işində çalışanların işlərinə görə ən çox üzləşdikləri və tutulduqları xəstəlikləri sadalayıb.

Bakıvaxtı.az medicina.az-a istinadla xəbər verir ki, oturaq və qapalı məkanda işləmək səbəbindən onlarda ümumi oksigen aclığı, əzələ, bağlar, oynaqlarda problemlər, ayaq və əllərdə uyuşma, boyun protruziyası, varikoz, karpat tunel sindromu daha çox rast gəlinir.

“Yaşlandıqca əl barmaqları çox adamda dəyişir. Lakin ofis işçilərində bu əl barmaqlarının daha çox istifadəsi nəticəsində tezləşir. Əllərə, barmaqlara yük çox olduğu üçün oynaq qığırdaqları, bağlar deformasiyaya uğrayır.

Eləcə də kompüterdə işləməkdən biləkdə karpal tunel sindromu, oynaqda iltihab yaranır. Belə işçilərə fasilə, istirahət, iltihab əleyhinə dərmanlar, masaj lazımdır.

Eləcə də çox oturmaqdan oturaq sinir iltihabı olur. Onlarda beldə, büzdümdə, budda ağrılar yaranır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026