Azərbaycan internet televiziya məkanında bütün yaş təbəqələri üçün nəzərdə tutulan “Bizimlə Məsləhət” maarifləndirici, psixoloji verilişin ötən buraxılışda qonağı klinik psixoloq Qənirə İsgəndərova olub.
Bakivaxti.az xəbər verir ki, o, verilişdə “Asılılıq psixologiyası - Narkomaniya” haqqında danışıb. Psixoloji məsləhətlər verərək maraqlı məqamlara toxunub.
Verilişin növbəti buraxılışı 5 fevral saat 21:00-da qonaq psixoloq Könül Cəfərovanın iştirakı ilə olacaq. O, verilişdə “Qadın-kişi münasibətləri” mövzusu haqqında məlumat verəcək.
Xatırladaq ki, “Bizimlə Məsləhət” verilişi hər həftənin şənbə günü saat 21:00-da SUM TV-də yayımlanır.
Psixoloji cəhətdən əziyyət çəkən insanlara maarifləndirici, psixoloji məsləhətlər verən bu maraqlı verilişin informasiya dəstəyi Bakıvaxtı.az, Aktor.az xəbər portalları və İnteraktiv Media Agentliyidir.
Qeyd edək ki, verilişin müəllif və aparıcısı Teymur Bayramov, quruluşçu rejissoru və operatoru Sərvər Kamranlı, prodüserləri Xanlar Ağayev, Məhəmməd İsgəndərov, montajçısı Tima, redaktoru Teymur Həbibidir.
Aytac Aslan
















