• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Dumanlı hava nə vaxta qədər davam edəcək?

CƏMİYYƏT

01 Yanvar 2022 | 22:18 | Müəllif: Qalib İbrahimoğlu

Dumanlı hava nə vaxta qədər davam edəcək?

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

Bu barədə Bakıvaxtı.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Verilən məlumata görə, inversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olmuşdur.

Bu günlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olub.

Yanvarın 2-də gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək.

Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR