• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

CƏMİYYƏT

31 Yanvar 2022 | 19:06 | Müəllif: Subhan Mahmudov

Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı parkın “Kiçik körfəz” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayonu, Şirinsu kənd sakini Eldəniz Niftullayev olduğu və təbiətə 1023 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

“Hazırda Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Polis Şöbəsi tərəfindən təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma davam edir”, - o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR