Eldar Mahmudovun ölüm xəbəri yalandır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Musavat.com-a onun ailə üzvləri məlumat verib.
Bildirilib ki, sabiq MTN rəhbərinin ölməsi ilə bağlı yayılan xəbərlər həqiqət deyil. O da qeyd edilib ki, Eldar Mahmudovun səhhətində heç bir problem yoxdur.
E.Mahmudovun yaxınları əlavə edib ki, sabiq nazirin ölməsi ilə bağlı daha əvvəl də yalan məlumatlar yayılmışdı.
*** 12:40
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, E-huquq.az-ın əldə etdiyi məlumata görə, E. Mahmudovun gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.















