"2020-ci ilin hesabatına görə, qeydiyyatda olan autizimli uşaqların sayı 1383, atipik autizimli (atipik təqdimatlı autizm spektri pozğunluğunun bir növü) uşaqların sayı isə 46 nəfərdir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov bildirib.
Professor qeyd edib ki, autizm spektrli pozuntuların diaqnostikası üçün müxtəlif psixoloji testlərdən istifadə edilir: “Məsələn, autizmin qısa zamanda aşkar edilməsi (skrininq) üçün M-CHAT şkalası (Autizm erkən uşaqlıq dövründə aşkarlanması), autizm simptomlarının daha ətraflı araşdırılması üçün isə ASP Qiymətləndirilməsi Şkalası tətbiq edilir. Bütün bu şkalalar yalnız mütəxəssislər tərəfindən istifadə edilə bilər".
Onun sözlərinə görə, valideynlər isə ilk növbədə uşağın ümumi inkişafına nəzarət etməli və ən kiçik problem zamanı belə dərhal mütəxəssisə (uşaq psixiatrı və ya psixoloq) müraciət etməlidirlər.
Nuranə Daxilqızı
















