• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Daha 3 qazi müalicə üçün Türkiyəyə göndərildi

CƏMİYYƏT

01 Aprel 2022 | 10:31 | Müəllif: Qalib İbrahimoğlu

Daha 3 qazi müalicə üçün Türkiyəyə göndərildi

“YAŞAT” Fondu daha 3 qazini müalicə üçün Türkiyəy göndərib.

Bu barədə Bakıvaxtı.az-a Fonddan bildirilib. Məlumata görə, ağır yaralanan üç qazi - Alxasov Camal İlqar oğlu, Səfərli Xəyal Mübariz oğlu müalicə məqsədilə Türkiyəyə göndərilib, Məmmədzadə Adəm Gülhəsən oğlu isə müalicəsi davam etdiyindən təkrarən yola salınıb. Qazilər Əliyev Heydər Zakir oğlu və Ömərov Rüstəm Cianşa oğlu isə müalicəsini tamamlayaraq ölkəyə geri qayıdıblar.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 167 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 127-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.


Daha 3 qazi müalicə üçün Türkiyəyə göndərildiDaha 3 qazi müalicə üçün Türkiyəyə göndərildiDaha 3 qazi müalicə üçün Türkiyəyə göndərildiDaha 3 qazi müalicə üçün Türkiyəyə göndərildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026