Bakıda müntəzəm marşrut üzrə hərəkət edən avtobuslarda sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün nəzərdə tutulan spirt qablar götürülüb.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanda bəzi şəhər və rayonlarında karantın rejimi davam etsə də, marşruta buraxılan yeni avtobuslarda da spirt qabları quraşdırılmır.
Koronavirus infeksiyası (COVID-19) ilə mübarizə sahəsində sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair təlimata görə, sərnişinlərin reys başa çatdıqdan sonra əllərini sabun və su ilə yuması, yaxud spirtdən və ya spirt tərkibli gel məhlulundan istifadə etməklə dezinfeksiya etməsi vacibdir.
Bakı Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, təlim və qaydalara əməl olunmamasına görə, avtobusların aid olduğu daşıyıcılar məsuliyyət daşıyır.
Ramid İbrahimov















