• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sabiq nazir ABŞ-dakı 4,5 milyonluq mülkündan DANIŞDI

CƏMİYYƏT

01 Aprel 2022 | 14:07 | Müəllif: Qalib İbrahimoğlu

Sabiq nazir ABŞ-dakı 4,5 milyonluq mülkündan DANIŞDI

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov ona məxsus 4,5 milyonluq mülk məsələsinə aydınlıq gətirib

Bakıvaxtı.az xəbər verir ki, E.Məmmədyarov bu barədə Baku TV-nin “Üzbəüz” verilişində bildirib ki, bu, onun şəxsi ailə məsələsi olsa da açıqlama verəcək: “Bəli, iki övladım üçün ev almışam".

Məmmədyarov qeyd edib ki, 1 il Amerika bankı ilə təmasda olub: "Bu o demək deyil ki, mən pulu çamadanla Nyu-Yorka apardım və mənzilləri aldım. Bank bizdən hər şeyin hesabatını apardı. Evdə bu barədə bəlkə də 5 kiloqramlıq sənədlər var. Mən bunu pis hərəkət kimi qəbul etmirəm".

Sabiq nazir onu da deyib ki, böyük oğlu Azərbaycanda onunla birgə yaşayır: "Amma kiçik oğlum Nyu-Yorkda qalıb işləyir. Mən bir ata kimi övladlarıma da mülk almalıydım”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026