• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Kəlbəcərdə nəşi tapılan Azərbaycan hərbçisi Şirvanda dəfn olunacaq

CƏMİYYƏT

31 Yanvar 2022 | 18:56 | Müəllif: Subhan Mahmudov

Kəlbəcərdə nəşi tapılan Azərbaycan hərbçisi Şirvanda dəfn olunacaq

Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən itkin düşən və bu gün nəşi tapılan baş leytenant Fuad Bağırov Şirvan şəhərində dəfn olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, hərbçinin nəşi ərazidən götürülərək Gəncə şəhərində olan morqa aparılıb.

Daha sonra Şirvan şəhərinə göndəriləcək və sabah orada torpağa tapşırılacaq.

Qeyd edək ki, əslən Şirvan şəhərindən olan F.Bağırov ailəsi ilə birgə Gəncə şəhərində yaşayırmış. Onun 3 aylıq bir qızı yadigar qalıb.

Xatırladaq ki, bir neçə gün öncə Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən Azərbaycan Ordusunun dörd hərbçisi itkin düşmüşdü. Onlardan üçü həmin gün sağ tapılsa da, F.Bağırovun axtarışları davam etdirilirdi. Onun nəşi bu gün günorta saatlarında tapılıb.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026