• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

 

"Omikron"a yoluxanlar üçün karantin müddəti nə qədərdi?

CƏMİYYƏT

14 Yanvar 2022 | 11:51 | Müəllif: Qalib İbrahimoğlu

"Omikron"a yoluxanlar üçün karantin müddəti nə qədərdi?

"Koronavirus infeksiyasının “omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən 1-3 gün)".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov nazirliyin sosial şəbəkələrdəki hesablarına “omicron” ştamı ilə bağlı gələn sualları cavablandırarkən deyib.

"Yeni ştam yüksək yoluxucudur" deyən T.Eyvazov bildirib ki, o, artıq bir sıra ölkələrdə “delta” ştamını sıxışdıraraq qısa müddət ərzində dominant ştama çevrildiyi müşahidə olunur. Onun sözlərinə görə, sürətlə yayılan “omicron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir.

Yeni ştamla yoluxma üçün karantin müddətinə gəlincə,  T.Eyvazov deyib ki, koronavirusn "omikron" variantında  yoluxduruculuq,  yəni aşkar edilməsi dövrü daha qısadır:  "Buna əsasən  karantin dövrü bəzi ölkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR