• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Ömür yolum keşməkeşli dövrə təsadüf edib" - Deputatla YUBİLEY SÖHBƏTİ

MÜSAHİBƏ

02 Aprel 2022 | 10:07

Ömür yolum keşməkeşli dövrə təsadüf edib - Deputatla YUBİLEY SÖHBƏTİ

Bu gün Milli Məclisin deputatı Vahid Əhmədovun doğum günüdür. V. Əhmədov bu il 75 illik yubiley yaşını qeyd edir.

Bakıvaxtı.az millət vəkli ilə yubiley söhbətini təqdm edr:

- Bu gün yubiley yaşınızı qeyd edirsiniz. 75 illik ömrünüzü necə qiymətləndirirsiniz?

- Müsbət qiymətləndirirəm. Mən müstəqillik dövrünü yaşamışam, Qarabağın azad edilişinə şahid olmuşam, qələbə sevincini hiss etmişəm. Bundan əlavə müstəqillik haqqında Konstitusiya Aktına imza atanlardan biriyəm, SSRİ-nin dağılması ilə bağlı keçirilən referenduma səs vermişəm.

- Taleyinizdən razısınızmı?

- Həyatımdan şikayətim yoxdur. Hər şey normal gedib, dövlətimin, millətimin yanında olmuşam. Bəli, taleyimdən razıyam.

- 75 yaşın sevincini yaşaya bilirsiniz?

- Yaşayıram, niyə yaşamayım? Millət vəkiliyəm, övladlarım, nəvələrim var, elə böyük problemlərim yoxdur. Bu yaşımı nəvələrimlə keçirməyə üstünlük verirəm.

 - Bu yaşınıza qədər itirdikləriniz və qazandıqlarınızı eyni tərəziyə qoysanız, hansı ağır gələr?

- Mənim həyat yolum elə də rahat olmayıb. Ömür yolum keşməkeşli dövrə təsadüf edib. SSRİ-nin dağılması, müstəqil Azərbaycanın yaranması, zavod həyatı… Ümumiyyətlə, ciddi sınaqlardan keçmişəm. Təbii ki, müsbət məqamlar da olub, mənfilər də. Həyatdı, belə də olmalıdır.

- Belə çıxdı ki, itirdikləriniz çoxdur?

- Onu hesablamamışam (gülür). Amma həyatı normal yaşamışam, ciddi səhvlərim olmayıb.

- Yəqin ki, təbrikləri almağa çoxdan başlamısınız?

- Bəli, 3 günə yaxındır dostlar, tanışlar təbrik edir. Amma bu gün ilk təbriki həyat yoldaşım, qızım, oğlum və nəvələrim etdi.

 - Biz də Bakıvaxtı.az kollektivi olaraq sizi təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq.

- Çox sağ olun, var olun!

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR