• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ceyhun Bayramov ilə Toivo Klaar arasında telefon danışığı oldu

MÜSAHİBƏ

12 Aprel 2022 | 15:19

Ceyhun Bayramov ilə Toivo Klaar arasında telefon danışığı oldu

Aprelin 12-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.

Bu barədə Bakıvaxtı.az-a Xarici İşləq Nazirliyindən bildirilib.

Məlumata görə, tərəflər, Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüşün davamı olaraq, bölgədə baş verən son hadisələr, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması, o cümlədən gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR

25 Aprel 2024