Ötən gün Tbilisidə keçirilən etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb. Onların hamısının inzibati qaydada həbs edildiyi qeyd olunub.
Qeyd edək ki, Tbilisidə son 6 gündə keçirilən etirazlar zamanı saxlanılanların sayı 200 nəfəri ötüb. Onların bir qismi azadlığa buraxılıb.