• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ötən həftə daha 242 mina zərərsizləşdirilib

GÜNDƏM

23 Sentyabr 2024 | 16:48

Ötən həftə daha 242 mina zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, sentyabrın 16-dan 22-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 74, tank əleyhinə 168 mina və 491 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 968.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026