Liverpulda "Avroviziya" mahnı müsabiqəsinin rəsmi açılışı olub.
Bakıvaxtı.az xəbər verir ki, Dünya Tarixi Muzeyində keçirilən mərasimdə Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov qardaşları geyimləri ilə diqqət çəkiblər. Onlar tərzinə görə tənqid hədəfinə çevriliblər.
BBC-yə müsahibə verən əkiz qardaşlardan biri özünü Ledi Qaqa kimi hiss etdiyini deyib.
Xatırladaq ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları "Tell me more" mahnısı ilə təmsil edəcək.
















