• Bakı 19° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Müğənni Mina keçmiş ərindən danışdı: Yalanının üstü açıldı

MƏDƏNİYYƏT-ŞOU

08 Iyun 2023 | 09:58

Müğənni Mina keçmiş ərindən danışdı: Yalanının üstü açıldı

"Anlaşa bilmədik, xasiyyətimiz uyğun gəlmədi, ayrılmağa qərar verdik".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Elgizlə izlə" verilişində qonaq olarkən deyib.

O, keçmiş həyat yoldaşı ilə bağlı ünvanlanan suallara aydınlıq gətirib: "1 ilə yaxın idi birlikdəydik. Sonra evlənməyə qərar verdik. Subay idi, evlənməmişdi. İki yaş da məndən balaca idi".

Mina deyib ki, ümumiyyətlə insan gərək həyat yoldaşı olanda yalan danışmasın: "Sən niyə yalandan deyəsən ki, mənim evim belə, işim belə. Sən işləmə, 8 ay bir qəpiksiz qal, mən sənə baxacam. Sonra mən dedim bəs niyə yalan danışdın. Dedi ki, belə olmasaydı, sən mənə ərə gəlməyəcəkdin. Mən də ayrılmağa qərar verdim. Bu müddət ərzində də qazandığı var idi. Onunla dolanırdıq. Sonra üstü açıldı yalanının. O, mənə yalan deməsəydi, mən özüm də işləyib onu saxlayardım".

Gənc müğənni sonda qeyd edib ki, ailəsinə görə, hər şeyə razı olub: "Sənətimə xətt çəkdim. Ailəm olsun deyə, hər şeyə razı oldum. Ancaq yalan üstündə ailə qurulmaz. Mən də boşandım"

Xəyalə Rza


SON XƏBƏRLƏR