• Bakı 21° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Məhkəmə Ülviyyə Alovlu barəsində hökm çıxardı

MƏDƏNİYYƏT

08 Iyun 2023 | 09:09

Məhkəmə Ülviyyə Alovlu barəsində hökm çıxardı

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Ülviyyə Muradova (Alovlu) ilə bağlı davam edən məhkəmə iclası başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə onun barəsində bəraətverici hökm çıxarıb.

Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub. /Pravda.az


SON XƏBƏRLƏR

08 May 2025