• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Dəlilik etdik, evləndik"- Kaan Urgancıoğlu

MƏDƏNİYYƏT

07 Iyul 2023 | 12:01

"Dəlilik etdik, evləndik"- Kaan Urgancıoğlu

Bir müddət əvvəl sevgilisi Burcu Denizerlə xaricdə ailə quran aktyor Kaan Urgancıoğlu evliliyindən danışıb.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatın istinadən xəbər verir. Aktyorun sözlərinə görə, bu evlilik onun özü üçün də gözlənilməz olub.

"Əslində başqa bir dostumuzun toyuna getmişdik. Yanımızda kostyumumuzun hazır olduğunu deyib, belə bir şey etmək qərarına gəldik. Heç planlaşdırılmırdı, hətta Burcu papağı çiçəkçidən tapıb",-deyə aktyor bildirib..

"Bu, hər kəs üçün sürpriz oldu. Tək sizin üçün deyil, mənim ailəm üçün də sürpriz toy oldu. 'Belə bir şey etsək, etiraz edərsiniz?' deyə ailəmdən sorşdum. Təsdiq alandan sonra belə bir dəlilik etdik. Burcu ilə sadə bir toy haqqında düşünürdük. Ailəmiz və dostlarımızla gözəl bir yığıncaq keçirməyi planlaşdırırıq, amma hələ dəqiq deyil" - deyə Kaan sonda qeyd edib.

Xəyalə Rza


"Dəlilik etdik, evləndik"- Kaan Urgancıoğlu"Dəlilik etdik, evləndik"- Kaan Urgancıoğlu"Dəlilik etdik, evləndik"- Kaan Urgancıoğlu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026