• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Özünü traktordan atan sürücü öldü

HADİSƏ

25 May 2022 | 20:11 | Müəllif: Subhan Mahmudov

Özünü traktordan atan sürücü öldü

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Qırxbulaq kəndində qeydə alınıb.

Əkin sahəsinə kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün gedən traktorun sürücüsü idarəetməni itirib və bu zaman sürücü özünü yola atıb.

Traktor isə sürücüsüz hərəkət edərək divara çırpılaraq dayanıb. Hadisə nəticəsində traktorun sürücüsü, Şəki rayon sakini 67 yaşlı İsa Hüseynov xəsarət alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026