• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Parlament dava düşdü - Rusiyaya görə

DÜNYA

19 May 2023 | 22:09 | Müəllif: Subhan Mahmudov

Parlament dava düşdü - Rusiyaya görə

Gürcüstan parlamentinin müxalifətdəki "Aqmaşenebeli strategiyası" partiyasından olan Giorgi Vaşadze və "Xalqın gücü" qrupundan olan İrakli Beraya plenar iclasda əlbəyaxa dava ediblər.

Bakıvaxtı.az xəbər verir ki, davanın görüntülərini Gürcüstanın "TV Pirveli" telekanalı canlı yayımlayıb.

Belə ki, Giorgi Vaşadze tribunada çıxışı zamanı hakimiyyəti Rusiya ilə birbaşa uçuşların bərpasına görə tənqid edib və onları Rusiya hakimiyyəti ilə dostluq etməkdə ittihamlandırıb.

Deputat çıxışını bitirib yerində əyləşərkən "Xalqın Gücü" qrupundan olan deputat Daçi Beraya ilə aralarında mübahisə baş verib.

Deputatları parlamentin məhkəmə icraçıları ayırıb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR