Perm-Həştərxan marşrutu ilə hərəkət edən "Pavel Bajov" çay kruiz gəmisi Həştərxan vilayətində saya oturub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Şot” Teleqram kanalının məlumatına görə, gəmidə 193 sərnişin olub. Onların 35-i uşaqlardır. Hadisə zamanı heç kim xəsarət almayıb.
















