• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ermənistan Baş Qərargah rəisi ABŞ-dadır

DÜNYA

18 Iyul 2023 | 12:39

Ermənistan Baş Qərargah rəisi ABŞ-dadır

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini general-leytenant Edvard Asryan ABŞ Dövlət Qvardiyasının Milli Əməkdaşlıq Proqramının 30-cu ildönümünə həsr olunan konfrans çərçivəsində Vaşinqtonda işgüzar səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, o, ABŞ qvardiyası milli bürosunun rəisi general Deniel Hokanson, ABŞ-nin Avropa komandanlığının strategiya, planlaşdırma və siyasət üzrə direktoru general-mayor Daniel Lasika və ABŞ Milli Qvardiyasının Kanzas ştatının komandanı generalının adyutantı, briqada generalı Maykl Venerdi ilə görüşüb.

Bildirilib ki, tədbirdən sonra ABŞ ilə əməkdaşlığa dair bir sıra ikitərəfli məsələlər müzakirə olunub.

Səfər iyulun 18-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026