• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Türkiyə ixracatını 285 milyarda çatdıracaq - Ərdoğan

DÜNYA

18 Iyun 2023 | 20:09 | Müəllif: Subhan Mahmudov

Türkiyə ixracatını 285 milyarda çatdıracaq - Ərdoğan

2023-cü ilin sonuna qədər Türkiyənin ixracatını 265 milyard dollara, gələn ilin sonuna isə 285 milyard dollara çatdırmağı planlaşdırırıq

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Qlobal iqtisadiyyatdakı mənfi tendensiyalara baxmayaraq, biz 2023-cü ilin sonuna qədər Türkiyənin ixracatını 265 milyard dollara, gələn ilin sonuna isə 285 milyard dollara çatdırmağı planlaşdırırıq", - deyə R.T.Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, xidmət ixracı ötən il 47,3 faiz artaraq 90 milyard dollara çatıb.

Türkiyə prezidenti ölkənin müdafiə sənayesində əldə olunan nailiyyətlərə də diqqət yetirib.

“Ötən il xaricə müdafiə təyinatlı məhsulların tədarükü 37 faiz artaraq 4,3 milyard dollara çatıb", - deyə o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026