• Bakı 19° C

    2.65 m/s

Parlamet Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul etdi - YENİLƏNİB

SİYASƏT

16 Noyabr 2022 | 16:04 | Müəllif: Qalib İbrahimoğlu

Parlamet Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul etdi - YENİLƏNİB

Milli Məclis Fransa Senatının Azərbaycana qarşı qətnaməsi ilə bağlı bəyanat qəbul edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bəyanatda qeyd edilir ki, Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri pozur.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi Fransa hökumətinin həm ikitərəfli, həm çoxtərəfli öhdəliklərindən irəli gəlir.

"Bu qətnamə Fransanın Ermənistanı müdafə etdiyini və Azərbaycana qarşı açıq diskriminasiyaya etdiyini açıq göstərir", - deyə sənəddə vurğulanır.

***

15:18

“Biz Fransa Senatının Azərbaycanla bağlı qətnaməsi ilə əlaqədr Komissiya yaratmaşıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, komissiyada Səməd Seyidov, Zahid Oruc, Asim Mollazadə, Arzu Nağıyev, Sədaqət Vəliyeva, Ramin Məmmədov təmsil olunurlar.

"Komissiya üzvlərindən xahiş edirəm ki, bəyannamə hazırlansın”, - deyə spiker bildirib

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026