"Beynəlxalq iqtisadi böhrana, problemlərə baxmayaraq, ölkəmizdə islahatlar davam edir".
Bakıvxtı.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Rəşad Mahmudov bildirib.
Onun sözlərinə görə, xüsusilə sosial layihələrin həyata keçirilməsi inkişafın göstəricisidir. Səhiyyə islahatları da bu baxımdan əhəmiyyətlidir.
R.Mahmudov, eyni zamanda sosial sahəyə də diqqət çəkib. Qeyd edib ki. bu konteksdə İcbari Tibbi Sığorta tətbiq edilir: "Bu, bizə insan resurslarının nə dərəcədə vacib olduğunu ortaya çıxarır. Tibb Universitetinə qəbul edilən və yüksək səviyyədə təhsil alan tələbələrin xaricə üz tutması halları var, bəzi insanlar buna müsbət yanaşır. Lakin bir sıra ölkələrdə bu məsələyə insan resursu kimi yanaşırlar. Bu mənada insan resursları bizim üçün əhəmiyyətlidir”.
Deputat əlavə edib ki, tibb sahəsində rezidentiraya qəbul olunmayan gənc mütəxəssislər poliklinkalarda işləməklə ayda 1000-1200 manat əmək haqqı alırlar: “Amma rezidenturaya qəbul edilən gənc mütəxəssislər ayda 300-400 manat alır. Onların yaşı və ailə vəziyyətini nəzərə alsaq, bunun az olduğunu müəyyən etmək olar".
Onun sözlərinə görə, əvvəl insan kapitalı dedikdə dövlətin resursları nəzərdə tutulurdusa, indi insan resursu nəzərə alınır: "Mən təklif edirəm ki, Nazirlər Kabinetində rezidentura ilə bağlı hüquqi normativ sənədə yenidən baxılsın”.
Nuranə Daxilqızı
















